İstanbulda bir üniversitetin son kursunda oxuyan Ayşegül G.-nin evli
olduğunu bildiyi Ekrem Y. ilə görüşdüyünü həyat yoldaşı Ebru Y.
mesajlarına baxarkən ortaya çıxarıb.
Qadın ona xəyanət edən
həyat yoldaşı və tələbə qızla bağlı prokurorluğa şikayət edib. Tələbə
kişinin arvadı Ebru Y.-ya zəng edərək "Mənim təhsilim bu il bitir.
Evlənmək üçün universitetimin bitməyini və səndən boşanmağını
gözləyirdik. Ekrem Y. səndən razı qalmır, onu xoşbəxt etmirsən" cavabı
alaraq şok olub.
6 illik evli olduğunu bildirən Ebru Y.: "Ərimin telefonunda "Ebru İş" kimi qeyd olunmuş bir nömrədən gələn "Sevgilim sabah gəl, sənin üçün darıxdım. Evin kirəsi da veriləcək" mesajını gördüm. Nömrəyə zəng etdim. Ekrem Y.-nin arvadı olduğumu söylədim. Bu qız mənə "Ekrem evli olduğunu və sənin rəsmini göstərmişdi. Ərin məni 2 ildir yaxşı saxlayır" dedi.
Mən də boşanmayacağımı və ərimin yaxasını buraxmasını söylədim".
Prokurorluqda ifadə verən Ayşegül G. isə haqqındakı iddiaları rədd edib.