Ərinin gəzdiyi qadının əri ilə yatdı, diski də ərinə yolladı — Bakıda şok olay
Bu məktubu yazmaqda məqsədim sizin də gözünüzü açmaqdır
Sevib
ailə qurmuşam, daha doğrusu ailə təməlimiz sevgi üzərində qurulub. Amma
bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir. Araşdırdım,
varli bir evli qadınla əlaqəsi olduğunu öyrəndim.
Məktubda xanım
qeyd edir ki, çox davalarımız oldu, söz-söhbətimiz uzandı illərlə. Amma
heç vaxt boynuna almadı mənə xəyanət etdiyini. Hər dəfə sübutlar
tapırdım...Yenə də ancaq məni sevdiyini deyirdi...
Bir gün
mağazaya gedəndə bahalı bir maşın qarşımda dayandı, orta yaşli bir kişi
mənə müxtəlif komplimentlər deyirdi...Çox qorxdum...Amma bu kişi hər gün
bizim küçəyə gəlirdi..Bir gün hətta qapımızı belə döydü, mən onunla
danişmasam getməyəcəyini dedi.Yalvardım ki, görən olar getsin, hara desə
gələrəm, danişarıq. Bir kafedə görüşdük, çox mədəni biri idi, məni ilk
görən kimi vurulduğunu, bütün günü məni düşündüyünü dedi....Beləliklə,
mənim nağıl kimi günlərim başladı. Məni bahalı hədiyyələrə boğurdu,
sevgi dolu romantik məktublar, mesajlar yazırdı...Danişsam da ,onunla
yaxınlığı qəbul etmirdim. Amma artıq hisslərim də dəyişmişdi, sevirdim
onu, axır ki, onunla görüşməyə razılıq verdim. Məni bir evə apardı...Elə
buradaca mənim nağılim bitdi...
Səhəri gün qapı döyüldü, yoldaşım
qapını açdı...Dəhşətə gəldim, o idi...Nəfəs ala bilmirdim, sanki
öləcəkdim...Kaş ki, öləydim...Bundan beləsini heç yaşamayaydım...
Amma
"o" heç mən tərəfə də baxmadı. Yoldaşıma baxdım, o bu adamı tanıyırmış,
tutulmuşdu, dili topuq çalırdı. Bir anda anladım bu adam onun gəzdiyi
qadının əri Imiş...Artıq qulaqlarım uğulduyurdu, divara söykənmişdim ki
yıxılmıyım...Onun dediyi bu cümlə dolaşırdı beynimdə: "Sənin etdiyini,
mən də etdim." Bir disk verib cıxıb getdi. Disk 10 gündür evdədir, Heç
kim qorxusundan ona əl vurmur, yoldaşımla danışmırıq, bir -birimzin
üzünə belə baxmırıq. Ikimiz də ruh kimi dolanırıq...Axırı nə olacaq,
bilmirəm. Nə vaxta kimi biz belə yaşayacayıq? Belə yaşamaq mümkünmü? Bəs
günah kimdədir? Cavab tapa bilmirəm bu suallara. Bircə əlacım var,
özümü öldürmək. Özümdən iyrənirəm, həyatımdan iyrənirəm. Bir xəyanət
görün neçə adamın həyatını məhv etdi. (
Oxu24.com)