Site icon Qlobal

Ərini öldürüb basdırdı, üzərində güllər əkdi – Bakıda QƏTL

1647366537 1632998673 jhgjgjgh

Sabunçu rayonunda bir müddət əvvəl itkin düşmüş şəxsin qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də onun ailə üzvləri polisə müraciət edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, S. Əliyev həyat yoldaşı, 1986-cı il təvəllüdlü Elmira İbrahimova tərəfindən ov tüfəngi ilə öldürülüb. Qadın meyiti yaşadıqları evin həyətyanı sahəsində basdırıb.

Cinayəti törətməkdə şübhəli bilinən E. İbrahimova saxlanılıb və istintaqa təhvil verilib. Fakt üzrə cinayət işi başlanıb, araşdırma davam edir.

Əldə olunan məlumata qadın izi itirmək üçün ərini basdırdığı yerdə güllər əkibmiş. (Qafqazinfo)

Exit mobile version