Müğənni Aysun İsmayılova şəxs həyatından danışıb.
Qlobal.net xəbər verir ki, bu barədə müğənni instagram hesabına gələn sualları cavablandırıb.
Müğənni xəyanəti bağışlayarsız sualına - Əsla, xəyanət insanın işidir cavabını verib.
“Qarşınıza düzgün biri çıxsa yenidən ailə qurarsınız?” sualına Aysun İsmayılova belə reaksiya verib: “Düzgün biri çıxsa! Bunu düşünmək çox tezdir, çünki mənim övladım var. Amma mən ailə insanıyam. Yəni sevgili həyatı mənə görə deyil”.
Digər izləyicinin “Yenidən ailə həyatı qursanız qınanılmaqdan qorxmursunuz?” sualına Aysunun cavabı bu cür olub: “Həyatımı kimlərəsə görə yaşamıram. Həyata bir dəfə gəlirəm. Həyat mənimdir, necə istəsəm onu elə də yaşayaram. Heç kim buna qarışa bilməz. O qınayanların həyatında bir bilsəniz nələr baş verir”.
Qeyd edək ki, Aysun iki dəfə ailəli olub. Onun ikinci nikahından bir neçə ay əvvəl qız övladı dünyaya gəlib. (sfera.az)