665a88cf1dd97202406243455
Ərin xorultusu arvadı öldürdü - ŞOK HADİSƏ

Britaniyada ərin xorultusu səbəbindən qadın ölüb.

Qlobal.net lent.az-a istinadən xəbər verir ki, 59 yaşlı Brenda Devis əri Filipp çox möhkəm xoruldadığı üçün gecələr yata bilmirdi.

Bir gecə o, birinci mərtəbədə olan divanda uzanmaq üçün yarıyuxulu halda qaranlıqda pilləkəndən yıxılıb və ağır kəllə travması alıb.

Qışqırığa ayılan ər arvadını qaranlıqda yıxılmış görür. Təcili yardım gəlsə də Brenda artıq komaya düşmüşdü. Onun baş beyni ciddi zədə almışdı. Bir müddət reanimasiyada süni tənəffüs aparatında saxlanılsa da, həkimlər bunun mənasız olduğunu bildirib. Əri Filipp çətində olsa, arvadının aparatdan ayrılmasına icazə verib.

"Bu mənim həyatımın ən böyük acısı idi. O gecə o bir neçə dəfə oyandı və xorultudan yata bilməyəcəm deyib aşağı endi. Mən özümü günahkar sayıram".

01.06.2024 06:34
show 276