aynur

“Ərimin başqa qadını sevməsini 4 il idi ki, bilirdim” - VİDEO

Aynur Dadaşova ərindən xəyanətə görə boşanıb.

Qlobal.net xəbər verir ki, bu barədə müğənni “Həftənin qonağı” verilişində danışıb:

“8 ildir ki, ailəm yoxdur. Qadın, sizcə, ərindən niyə ayrılır? 18 il səbri böyükdür. Bütün xanımlar istəyər ki, yanında güclü kişi, əri, sevdiyi insan olsun. Demirəm ki, o pis insan olsun. O çox yaxşı insan olub. Mən tikanlı gül olub ortada qalmaq istəmirm. Kənara çəkilsəm daha yaxşıdır. Nədənsə ötrü gündə qan – qaraçılıq. Başqa xanımla illərdir ki, münasibəti varsa artıq orada sevgi yoxdur. Səni sevmir, başqa, sevdiyi xanımın yanındadır.

Ərimin başqa qadını sevməsini 4 il idi ki, bilirdim. Əgər o sevirsə başqasını qoy xoşbəxt olsun. Mən niyə onların ortasında qalmalıyam?!"

 


22.12.2024 07:30
show 74