Cəmiyyət

Ərimə neçə dəfə demişdim ki, bezmişəm, sonra da… – İtkin düşən Səbinə etiraf etdi

Şəkinin Baş Layısqı kənd sakini Elçin Aydəmirov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirmişdi ki, qızı 22 yaşlı Səbinə Davudova avqustun 4-dən itkin düşüb. Ata qızının tapılması üçün çəkiliş qrupumuz vasitəsilə yardım istəmişdi.

Baku TV-nin avqustun 7-də yayımlanan süjetindən sonra Səbinə Davudovanın itkin düşməsi xəbəri sürətlə yayıldı və elə həmin gün axşam saatlarında o, Şəki şəhərində parkda polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verildi.

Sağ-salamat ailəsinə qovuşan Səbinə Davudova deyir ki, onun evdən getməyinə səbəb ailədaxili söz-söhbət olub.

“Yoldaşıma dəfələrlə bezdiyimi demişdim. İsti olduğu üçün evdən çıxanda uşağı özümlə aparmadım. 3-4 gün parkda ac-susuz qaldım. Daha sonra polis yaxınlaşıb valideynimin məni axtardığını dedi. Mən də atamın yayına gəldim. Həyat yoldaşımın yanına qayıtmayacağam, boşanacağam”, – o söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button