"Emosional ehtiyacı ödənməyən qadının boşanmaq kimi bir hüququ var".
Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri ARB telekanalında yayımlanan "Günə son" proqramında qonaq olan psixoloq Əfsanə Rüstəmova səsləndirib.
Onun proqramda səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub:
"Əgər mənim 3000 manatlıq telefon kimi emosional ehtiyacım varsa, ya
həyat yoldaşım onu almalıdır, ya da boşanmaq kimi şansım var. Sillə
dəyəndən sonra hər şey üçün gecdir. Sizin şəxsiyyətinizə xələl gələndən
sonra şuba da geyinsəniz, 3 yox, 5 minlik telefon da işlətsəniz də,
qırılmış şəxsiyyətinizi bərpa edə bilməyəcəksiniz".