19.09.2020
12:30

Ericsson, Cradlepoint-i satın aldı

İsveçin Ericsson şirkəti ABŞ-ın kabelsiz Edge WAN 4G və 5G həlləri təmin edən Cradlepoint şirkətini 1,1 milyard dollar qarşılığında satın alıb.

Marja xəbər verir ki, satınalma müddətinin 2020-ci ilin dördüncü rübü ərzində tamamlancağı gözlənilir.

Ericsson-un rəhbəri Borje Ekholm etdiyi açıqlamada, "Cradlepoint-in satın aınması müştərilərimizin 5G şəbəkəsi sərmayələrinin dəyərlərini artırmalarına kömək etmək strategiyamız üçün açardır" ifadələrini istifadə edib.

Loading...