Şou-biznes

Əri Səidənin mirasını mənimsəyib? – Evi mənə satdırıb, pulu yeyəcəklər

Müğənni Səidə Dadaşova ailəsinin “Rafael Dadaşovun sərvətini həyat yoldaşı Maqa öz adına keçirdib” iddialarına sərt reaksiya verib.

Qlobal.net xəbər verir ki, Səidə “Öz aramızda” verilişində belə reaksiya verib:

“Bəsdirin mal-mülk, şan-şöhrət arxasınca qaçdınız. Evim oğlum Rafaelin adınadır. Maşın da mənim adımadır. Bir an mülk söhbəti oldu. Ev satıldı, bu evi alanda həyat yoldaşıma dedim ki, öz adına keçirt. Çünki bilirdim ki, mənə onu satdırıb, pulu yeyəcəklər. Məni aldatmaq asandır. Məni qeydiyatdan çıxartdılar. İllərlə havada qalmışdım. İlk alınanda ev yoldaşımın adına idi, indi oğlumun adınadır”.

Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır. R.Dadaşov Xalq artisti Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova ilə ailəli olub. Sədaqət və Səidə hazırda küsülüdür.

Xalası Lalə Dadaşova bu yaxınlarda Səidə ilə bağlı qalmaqallı açıqlama verib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от shownews by İsa Şükürov (@show_news)

Related Articles

Leave a Reply

Back to top button