638e1ba858b1e202212222616
Əri ilə intim videosunu paylaşan müəllimdən ŞOK AÇIQLAMA: "Az maaş verilir, dolanışığa yetmir"

ABŞ-da səkkizinci sinif şagirdlərinə dərs deyən müəllim Samanta Peer əri ilə sinif otağında cinsi əlaqədə olub.

Qlobal.net xəbər verir ki, əri də özü kimi müəllim olan qadın sinifdə cinsi əlaqə olarkən çəkdiyi görüntülərini porno saytlardan birinə satıb. 

Videonu görən şagird vəziyyəti məktəb rəhbərliyinə bildirdikdən sonra müəllimə və onun ərinə qarşı araşdırma başlayıb.

Cütlük rəhbərlik tərəfindən dərhal işdən çıxarılıb. Hər ikisi peşədən ömürlük qadağa ilə üzləşə bilər. 

Samantha Peer verdiyi açıqlamada ərinə işlədikləri məktəb tərəfindən çox aşağı maaş verildiyini və maaşın dolanmaq üçün kifayət etmədiklərini, bu səbəbdən cinsi videoları sataraq pul qazanmalı olduqlarını bildirib.

Yayda seksual məzmunlu videolar çəkməyə başlayan müəllim saxta addan istifadə edərək profil açdığını, ifşa olunmamaq üçün Arizona bölgəsində yaşayan hər kəsi blokladığını deyib. O həmçinin qeyd edib ki, necə olubsa, şagirdlərindən biri onu onu və həyat yoldaşını tanıyıb, daha sonra videonu digər şagirdlərə və məktəb rəhbərliyinə göndərib. 

Müəllim etiraf edib ki, mütəmadi olaraq həyat yoldaşı ilə dərsdən kənarda və ya həftə sonu tələbələrin dərsdə olmadığı vaxtlarda sinif otağında videolar çəkib.


(32gun.az)

05.12.2022 20:24
show 16293