6683b225de46a202407245413

Ərəblərin hamını şoka salacaq RƏQSİ - VİDEO

Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə də TikTok-da əynində keçi dərisindən "libas", başında keçi buynuzları olan ərəblərin rəqs videoları yayılır. 

Qlobal.net milli.az-a istinadla xəbər verir ki, bu videoları "İslamın əsl üzü budur!" tipli sərsəm şərhlər də müşayiət edir.

Əslində bu videodakı görüntülər nədir?

Həmin görüntülər Mərakeşdə, "Bujlud" bayramında çəkilib.

"Bujlud" kəlməsi ərəb dilindəki "əbu" ("ata") və "jilud" ("dəri")  sözlərinin birləşməsi olaraq hərfi mənası "dərilərin atası" olan sözdür.

Bərbər tayfalarından biri olan amaziqlərin minillərlə tarixi olan bayramıdır və bərbərlər bu bayrama "bilmaven" də deyirlər.

Hər il Qurban Bayramından sonra amaziqlər bu bayramı qeyd edirlər.

Qurban kəsilən keçilərin dərilərindən xüsusi libaslar tikilir, o libası geyinən şəxslər "bujlud"da rəqs edirlər.

Daha çox Mərakeşin Mərrakeş, Aqadir və Fəs şəhərlərində qeyd olunur.

02.07.2024 12:00
show 373