6387924870440202211222632
Ərə getmək istəməyən qızı BELƏ QAÇIRDILAR - VİDEO

Rusiyada, Tambovda 3 kişi 18 yaşlı qızı yaşadığı mənzildən qaçırıb.

Milli.Az bildirir ki, cinayət müşahidə kamerasına düşüb, qeydi "Tambov reportyoru" dərc edib.

Görüntülərdə kişilərin qızı yaşayış binasının girişindən qucağında apardıqları görünüb. Onu maşınla aparıblar.

Noyabrın 18-i günorta saatlarında qızın anası ilə birgə yaşadığı evə 3 şübhəli şəxs soxulub. Kişilər ananı iplə sarıblar və qızı qaçırıblar. Onu Nijni Novqoroda aparıblar. Bir neçə gündən sonra qız əsirlikdən qaça bilib və hüquq-mühafizə orqanlarına müraciət edib.

Oğurluqda ata və onun 24 və 20 yaşlı iki oğlu iştirak edib. Rusiya İstintaq Komitəsinin regional şöbəsindən verilən məlumata görə, qız kiçik oğlu ilə evlənməkdən imtina edib, rədd cavabı alan gənc isə qohumlarının köməyi ilə onu qaçırmaq qərarına gəlib.

Müstəntiqlər adam oğurluğu faktı ilə bağlı cinayət işi açıb. 20 yaşlı şübhəli nəzarətə götürülüb, qohumları federal axtarışa verilib.



30.11.2022 21:26
769