Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Biləcikdə keçirilən "Kökümüz mazide gözümüz atide" proqramının qonağı olub.
Lent.az bildirir ki, prezident müxtəlif mövzularla bağlı açıqlamalar verib. O, gənclərin suallarını da cavablandırıb. Tamaşaçılardan biri Ərdoğandan hansı seriallara baxdığını soruşub. Prezident ən sevdiyi serialları açıqlayıb: “Diriliş Ertuğruldan” sonra hazırda “Barbaros” gündəmdədir. O diqqət mərkəzinə çevrilib. Bir də “Gönül dağı” var. İstər TRT olsun, istərsə də digər kanallarda bu əsərlərə böyük maraq var”.
Ərdoğan, Türkiyə seriallarının dünya ölkələrində maraqla izləndiyini də vurğulayıb: “Körfəzdə, Latın Amerika ölkələrində xüsusilə bizim bu tarixi seriallarımıza çox böyük həvəs var. Düşünürəm ki, bu maraq daha da böyüyəcək. Hətta seriallarla bağlı bizimlə razılaşmalar istəyənlər də var”,- prezident bildirib.