6364ac0de0d37202211220709
Ərdoğan “TikTok”da hesab açdı - Bu videosu REKORD QIRDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TikTok” sosial şəbəkəsində hesab açıb.

“Qafqazinfo” “Cümhuriyet”ə istinadən xəbər verir ki, “rtedijital” istifadəçi adı ilə açılan hesabda Türkiyə Prezidentinə aid videolar paylaşılır.

Qısa müddət ərzində hesabı 100 mindən çox istifadəçi izləməyə başlayıb.

Paylaşılan videolar arasında isə ən çox izlənilən Ərdoğanın Sincanda çiçəklərlə qarşılanmasına dair görüntülər olub. Sözügedən videonu 10 milyona yaxın insan izləyib.

 

@rtedijital "Köprü kurmuş milyonların kalbiyle, Destan olmuş onun adı dillerde..." #cumhurbaşkanı #erdoğan #ankara #sincan ♬ orijinal ses - Recep Tayyip Erdoğan | Dijital

04.11.2022 10:05
show 379