photo_37583803
Ərdoğan: “Regionda real müharibə yaxşı əlamət deyil”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Nazirlər Kabinetinin iclası keçirilib.

İclasdan sonrakı mətbuat konfransında çıxış edən dövlət başçısı Rusiya-Ukrayna gərginliyinə də toxunub.

Ərdoğan regionda real müharibənin yaxşı əlamət olmadığını bildirib.

O, qeyd edib ki, artıq Ukrayna lideri Rusiya, Türkiyə və Ukrayna formatında üçtərəfli görüşə müsbət yanaşdığını bəyan edib.

“Rusiya prezidentinin də təklifə müsbət yanaşacağı təqdirdə tərəflərin İstanbul və ya Ankarada görüşü təşkil oluna bilər” , - deyə Ərdoğan vurğulayıb.

Mənbə: “Haber Global”

16.02.2022 23:50
177