G20 liderlərinin İndoneziyanın Bali adasında keçirilən Zirvə Görüşündə Türkiyə və Fransa prezidentləri arasında maraqlı anlar yaşanıb.
Day.Az xəbər verir ki, ayaqüstü görüş keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron bədən dili ilə bir-birinə təsir etməyə çalışıblar.
Bildirilir ki, əvvəlcə Ərdoğan əlini Makronun çiyninə qoyub. Daha sonra Makron Ərdoğana cavab vermək məqsədi ilə yeni addımı atmağa çalışsa da, alınmayıb. Makronun niyyətinə çata bilməməsinin səbəbi isə Ərdoğanın boyunun hündür olmasıdır.
Ərdoğanın çiyninə əli çatmayan Makron çətin anlar yaşayıb.
Qeyd edək ki, Ərdoğan Makrona bundan əvvəl də bir neçə dəfə bədən dili ilə güc nümayiş etdirib.