photo_99412780

Ərdoğan: “Erməni silahlı ünsürlərinin Azərbaycan ərazilərindən çıxarılması təmin edilməlidir”

“Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarına tam əməl edir”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasında Qarabağdakı qarşıdurma, atəşkəsin pozulması ilə əlaqədar jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Burada Azərbaycana hücum olduğu üçün müdafiə reaksiyası da olub. Əsas odur ki, Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”.

31.03.2022 15:33
show 408