photo_40187924
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

O, bunu Nazirlər Kabinetinin iclasından sonra təşkil edilmiş mətbuat konfransında bəyan edib.

Dövlət başçısı özünün və xanımının koronavirusa yoluxması ilə əlaqədar onlara şəfa diləklərini çatdırdığı üçün Azərbaycan dövlət başçısına minnətdarlıq edib.

Mənbə: “Haber Global”


16.02.2022 23:48
195