670ca67aecce1202410240458
Ər baldızını, qayınanasını öldürdü, arvadı və qayınatasını isə...

Balıkəsirdə M.Ö ayrılmaq üzrə olduğu həyat yoldaşı ilə barışmaq üçün evə gəlib. M.Ö həyat yoldaşı Nezihe Nurçin Ö., qayınatası Ali Rıza Kaya, qayınanası Sevim Kaya və baldızı Gülçin Kaya ilə danışmağa başlayıb. 

Qlobal.net News24.az-a istinadən xəbər verir ki, mübahisə zamanı M.Ö bıçaqla ailəyə hücum edib.

M.Ö mübahisə zamanı qayınanası və baldızını bıçaqlayaraq öldürüb, həyat yoldaşı və qayınatasını isə yaralayıb.

Hadisə yerinə çox sayda jandarma və sağlamlıq qrupları sövq edilib. M.Ö. hadisədən sonra jandarma qrupları tərəfindən saxlanılıb.

14.10.2024 09:16
show 219