Bir neçə gündür müğənni Rəqsanə İsmayılova, həyat yoldaşı Fazil Əmiraslanov və aparıcı Sərxan Kərəmoğlu arasında qalmaqal səngimək bilmir.
Axşam.az xəbər verir ki, bu dəfə Rəqsanə paylaşımı ilə diqqət çəkib.
Öz şəklini instaqramında yerləşdirən ifaçı "Övladımın ayağına dəyən daş, mənim ürəyimi ağrıdır" sözlərini yazıb.
Qeyd edək ki, qalmaqala səbəb Sərxanın Rəqsanənin qızı Aysun İsmayılovanın toyunu oyun adlandırması olub. Bundan sonra sənətçinin həyat yoldaşı Fazil Əmiraslanov Sərxanı hədələyib, ona qeyri-etik ifadələrin yer aldığı səsyazıları göndərib.