633fbb807ce40202210223912

Əncir yarpağını qaynadıb İçin - Görün nəyin DƏRMANI İMİŞ

Bu gün sizə elə tam mövsümü olan əncir yarpağının faydalarından danışacağam. Gecikmədən, elə bu gün əncir yarpağıyla sağlamlığınızın qeydinə qalmaq imkanınız var. Diqqətiniz bizdə olsun. 

Əncir yarpağı A, B1, B2 vitaminləri ilə zəngindir. Bəli düz eşitdiniz. Çoxumuzun adi yarpaq hesab etdiyi bu bitkinin tərkibində kalsium, dəmir, fosfor, manqan, sodium və kalium var. Əncir yarpağı yemək, yaxud çayını içmək  diabet riskini aşağı salır, bronxit xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırır.

Əncir yarpağı qədimdə mətbəxdə qidaların saxlanması üçün istifadə edilib. Məsələn; hər hansı bir qidanı əncir yarpağına büküb sərin yerə qoymaqla onun yararlılıq müddətini uzatmaq olar. Bu haqda ilk yazılı məlumat bizim eradan əvvəl III əsrə aiddir. Əncir ağaclarının ilk dəfə Orta Şərqdə meydana çıxdığı, Misirdə yetişdirildiyi ehtimal olunur. Aralıq dənizi iqliminə malik ölkələrdə daha geniş yayılıb; isti və quru yay, ilıq qış əncir ağacları üçün əlverişlidir.

-Əncir yarpağının böyrəklərə  faydası: Sidik yolu infeksiyalarını yox edir. Böyrəkləri təmizləyir, böyrək daşlarının düşməsinə kömək edir.

-Əncir yarpağı ilə qəbizliyin aradan qaldırılması:  Müntəzəm şəkildə hər gün əncir yarpağı çayı içmək qəbizliyi yox edir. Təbii bağırsaq yumşaldıcı olan əncir yarpağı bağırsaqların rahat boşalmasını təmin edir; pəhriz proqramlarında yer almasının səbəbi budur. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün acqarına 1 stəkan əncir yarpağı çayı içərsə, problem öz həllini tapır. İltihab əleyhinə olduğundan bağırsaq və mədədəki yaraların müalicəsində də istifadə edilir.

-Babasilin müalicəsi üçün əvəzedilməzdir:  Babasildən əziyyət çəkənlər əncir yarpağı mövsümünü mütləq dəyərləndirməlidirlər. 4 st suya 2 əncir yarpağı atın və 15 dəqiqə qaynadın. Otaq temperaturunda soyumağını gözləyin. Sonra bu su ilə nahiyəni vanna edin, yaxud sudan az-az tökməklə nahiyəni masaj edin.

-Hipertaniya zamanı istifadəsi: 2 st suya 3 əncir yarpağı atın və 15 dəqiqə qaynadın. Sonra suyu süzün və ilıq halda için. Prosedur hər gün təkrarlandıqda hipertansiyon problemindən xilas olacaqsınız. Bundan əlavə, qara cirə toxumu ilə əncir yarpağını birgə dəmləyib içmək də təzyiqin səviyyəsini aşağı salır.

-Əncir yarpağı anti-diabetikdir: Əncir yarpağından istifadə edən şəkər xəstələrinin çoxu qəbul etdikləri insulin miqdarını azaltdıqlarını deyirlər. Əgər bağırsaq və qaraciyər sağlamdırsa II tip diabetin tamamilə sağalmasına kömək edir. Əncir yarpağı çayı diabetin səbəb olduğu oksidativ stressi aradan qaldırır.

-Aşağı ətrafların varikoz genəlməsi zamanı istifadəsi:  4 st suya 5 ədəd əncir yarpağı atın. 5 dəqiqə qaynadın. 1 stəkanını için. Yerdə qalan hissəsini ilıq halda varikozlu nahiyələrə sürtün. Prosedur 21 gün davam etməlidir. 1 həftə ara verməklə təkrar başlamaq olar.

-Zona xəstəliyinin müalicəsində istifadəsi:  2 st suya 3-4 əncir yarpağı atın və 2-3 dəqiqə qaynadın. İlıq halda zona xəstəliyi olan nahiyəyə sürtün. Sağalanadək proseduru təkrarlayın.

-Sümükləri möhkəmlədir:  Əncir yarpağı kalsiumla zəngin olduğu üçün sümükləri qorumaqda, osteoporozun qarşısını almaqda orqanizmə dəstək olur. Bundan əlavə, əncir yarpağının tərkibindəki fosfor sümüklərin inkişafına kömək edir.

Əncir yarpağının istifadə formaları:  Əncir yarpaqlarını qurudaraq çay kimi dəmləyə bilərsiniz. Təzə əncir yarpaqları isə mütləq 15 dəqiqə qaynamalı və suyu süzülməli, daha sonra istifadə edilməlidir. Yəni birbaşa təzə yarpağı istifadə etmək olmaz.

Əncir yarpaqlarını suya atın, azca duz əlavə edin. Təxminən, 20 dəqiqə yumşalanadək bişirin. Dolma bükərkən üzüm yarpağı əvəzinə, yaxud hansısa xörəkdə ispanaq əvəzinə istifadə edə bilərsiniz. Əncir yarpağı ilə dolma süfrənizə Aralıq dənizi ləzzəti gətirəcək. Aralıq dənizi sahillərində əncir yarpağından müxtəlif tərəvəzləri, düyünü, hətta balıqları da bükmək üçün istifadə edilir. Həmin ənənə Azərbaycanda da var. Məsələn, Neftçala bölgəsində yaşayan əhali balıq dolması adlandırdıqları yeməyi əncir yarpağına büküb bişirirlər. Bu həmin yeməyə xüsusi dad verir.

İçində böyük əncir yarpaqları olan göyərti sıxması, yaxud göyərti qovurması bişirin. Yemək bişənə yaxın əncir yarpaqlarını çıxarın və atın. Yeməyiniz meyxoş bir ləzzətə sahib olacaq. Əlinizdə ispanaq yoxdursa, vam xodda bişən bozartmalara, yaxud şorbalara da əncir yarpağı əlavə edə bilərsiniz.

Gəlin sonda əncirin faydaları haqda sizə məlumat verək: Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir bizim ürəyimizin “dostudur” deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur.

07.10.2022 09:35
show 413