Astroloqlar ən yaxşı ərlərin hansı bürclər altında doğulduqlarını açıqlayıblar.
Qlobal.net siyahını təqdim edir:
5. Buğa
Buğalar sadiq, mehriban, diqqətli və sakit olurlar. Bu bürcün nümayəndəsi olan kişilər xəyanətə meyilli deyil. Uşaq bezi yumaqdan tutmuş yemək bişirməyə qədər hər işi görə bilərlər. Arvadının eyiblərinə göz yummaqda ustadırlar. Düzdür, onlarla münasibətdə olmaq bir qədər darıxdırıcıdır. Ancaq əylənməyə yox, evlənməyə adam axtaranlar buğa bürcünə üstünlük verirlər.
4. Tərəzi
O, 3 yox, 33 ildən sonra belə, romantik olmağın daşını atmayacaq; yatağa çay və ya qəhvə daşımaqdan, səbəbsiz yerə gül hədiyyə etməkdən bezməyəcək; bütün vacib tarixləri xatırlayıb romantik jestlər edəcək. Yataqda da erotik qabiliyyətlərini yalnız həyat yoldaşına göstərəcək. Romantika sizin üçün hər şeydirsə, tərəzi bürcü ilə evlənməkdə tərəddüd etməyin.
3. Oğlaq
Oğlaq bürcünün könlünü fəth edən xanım qadınların ən xoşbəxtidir. Ancaq bu bürcün mənfi bir xüsusiyyəti var ki, o da evlənmək fikrinə müsbət yanaşmamalarıdır. Oğlaq bürcündən evlilik təklifi alsanız, iki dəfə düşünməyə ehtiyac yoxdur. Ancaq sizə ciddi yanaşmadığını hiss etsəniz, deməli, ümumiyyətlə evlilik fikri yoxdur. Siyahıdakı digər bürclərlə şansınızı sınayın.
2.Şir
Bu bürcdən olan ərlər həyat yoldaşına atalıq etməyi xoşlayır. Sanki o, qadını ilə evlənmir, onu övladlığa götürür. Səxavətlidirlər, bu da bir çox qadının xoşuna gələn xüsusiyyətdir. Ancaq qısqanclıq etmələrinə icazə verməyin, yoxsa ipin ucunu qaçıra bilərlər.
1.Qız
Düzdür, bəzi xanımlar onların təmizliyə və səliqəyə həddən artıq önəm verdiklərini düşünürlər. Ancaq onun hobbiləri ilə məşğul olmasına və özü ilə tək qalmasına arada şərait yaratsanız, sizi yormayacaq. Qız bürcündən olan kişilər barəsində "Bu bədbəxt qadın mənsiz yox olacaq!" deyə fikirləşdikləri xanımlarla evlənmirlər. Güclü və baxımlı qadınlara üstünlük verirlər. (Sfera.az)