Ən yardımsevər bürclər - Mərhəmətli, sədaqətli....
Bəzi insanlar pozitiv, nəzakətli və yüksək əhval-ruhiyyəsi ilə
seçilir. Bu cür xarakterə sahib olan insanlar hər zaman ehtiyacı
olanlara kömək etmək istəyir. Mərhəmətli və mehriban olan bu insanlar hər zaman sizin arxanızda duracaq. Astrologiyada da bu xüsusiyyətlərə malik bürclər var. Qlobal.net ən yardımsevər bürcləri təqdim edir. XƏRÇƏNG -
Mehribanlıqarı ilə tanınırlar. Diqqətli, empatiya qura bilən çox yaxşı
dinləyicidirlər. Köməyə ehtiyacı olanları daim dəstəkləyirlər.
Ətraflarındakı insanlara yardım əli uzadaraq onlara sevildiklərini
göstərməyə çalışırlar.
QIZ -
Analitik və praktik yaxınlaşmaları ilə tanınırlar. Bu xüsusiyyətləri
ilə problemlərin həllində mükəmməl rol oynayırlar. Detallara diqqət
edirlər. Mükəmməliyyətçidirlər. Hər zaman ehtiyacı olanlara kömək
edirlər. Ağılları və bacarıqlarını ətrafındakılara yardım etmək üçün
istifadə edirlər. Lazım olan an kömək etməyə çalışırlar. ƏQRƏB -
Sevdiklərinə sədaqətləri və bağlılıqları ilə tanınırlar. Dəyər
verdikləri insanları qoruyurlar. Köməyə ehtiyacı olan hər kəsə əl
uzadırlar. Məsələ həll etmək üçün qərarlılıqları və bacarıqlarını ortaya
qoyurlar. BALIQ - Həssas və
mərhəmətlidirlər. İnsan hisslərini çox yaxşı başa düşürlər. Başqalarını
rahatlatmaq və dəstəkləməkdə bir nömrədirlər. Sizi həmişə dinləyər.
Ehtiyacınız olduqda öz problemlərini kənara qoyub sizlə məşğul olmağa
başlayar. Qoç, buğa, əkizlər,
şir, oxatan, oğlaq və dolça bürcündən olanlar isə bəzən eqoist ola
bilirlər. Sadəcə özlərini fikirləşirlər. Başqalarına kömək etməkdə çox
seçicidirlər. Özlərinə faydası olmayacaqsa, barmaqlarını da oynatmazlar. (Bakupost.az )