Təbii ki, cütlük kimi uyğun və xoşbəxt olmağı təkcə bürclərə bağlamaq mümkün deyil, amma onun təsirini də inkar etmək olmaz.
Bəzi zodiak nümayəndələri var ki, bir araya gəlsələr və ya sevgili olsalar bir-birlərini öldürə biləcək dərəcədə uyğunsuzdurlar.
Qlobal.net mütəxəssis araşdırmalarına istinadən sözügedən bürc cütlərini təqdim edir:
Buğa və dolça
Dolçalar azadlıqlarına düşkün olmaqları ilə tanınırlar. Dolça tərəfdaşının ona bədii və intellektual bir şey qatmasını istəyir. Ancaq bu, buğalar üçün boş yerə sərf edilmiş enerji kimi qiymətləndirilir.
Dolçalar enerjili və həvəslidirlər. Buğalar isə insanlarla münasibət qurmaqda və sosiallaşmaqda çətinlik çəkirlər. Bu, düşüncə və hisslərində müstəqil olan dolçalara problem yarada bilər. Buğalar həm də son dərəcə sadə və realistdir. Dolçalar isə öz xəyal dünyalarında itməyi sevirlər.
Əqrəb və əkizlər
Əqrəb və əkizlərin ortaq nöqtələrini keçdik. Bu ikisi üçün hətta söhbət etmək belə olduqca çətindir. Əkizlər bürcü çox vaxt əqrəbi vəsvəsəli biri kimi görür. Əqrəblər isə əkizləri çox qeyri-ciddi hesab edir. Əkizlər bürcünün sərbəst ruhu var. Bu da iki bürc arasında ziddiyyətli davranışlara səbəb olur. Bu ikisinin bir araya gəlməsi üçün dərin yumor hissi olmalıdır.
Oğlaqlar və tərəzilər
Oğlaqlar adətən etdikləri işlərdə planlıdırlar. Onlar nizam-intizamlı həyat tərzini sevirlər. Tərəzi bürcünü isə ruh baxımından azad hesab edirlər. Tərəzi intizamlı həyat tərzi üçün uyğun deyil. Bu, onlar arasında daimi münaqişəyə səbəb ola bilər.
Xərçəng və şir
Ay tərəfindən idarə olunan xərçəng utancaq və mülayim bir təbiətə malikdir. Şir bürcü isə günəş tərəfindən idarə olunur və ən hegamon bürcdür. İkisi gecə və gündüz kimidir. Xərçəng çox vaxt şir bürcünü eqoist hesab edir. Bu ikisi bir araya gəlmək istəyərsə, şir bürcü xərçəngi öz qabığından çıxmağa məcbur etməməlidir.
Balıqlar və oxatan
Balıqlar və oxatan əks şəxsiyyətlərdir. Oxatanların öz məqsədləri və inancları var. Bununla onlar balıqların emosional və həssas düşüncələrini şübhə altına alırlar. İkisi münasibətlərdə demək olar ki, ən uyğun olmayan tərəfdaşa çevrilirlər. Bu ikisi arasında harmoniyanın olmaması daim münaqişələr yarada bilər.
Əqrəb və şir
Əqrəb və şir bürcləri güclü şəxsiyyətlərə malikdir. Bu da iki bürcü qarşı-qarşıya gətirir. Onların münasibətləri rəqabətə çevrilə bilər. Bu iki bürcün razılığa gəlməsi üçün kimsə təslim olmalıdır. Təəssüf ki, heç biri təslim olmayacaq. Hər ikisi də öz səhvlərini heç vaxt etiraf etmir. Bu səbəbdən aralarında münasibət yarandıqda qısa zamanda bitir.
Qoç və qız
Qoç və qız bürcü heç vaxt həm fiziki, həm də zehni cəhətdən uyğun gəlmir. Onlar birgə sonsuza qədər mübahisə edə bilər. Qoç və qızı barışdırmaq da çox çətindir. Yalnız böyük sevgi onlara bu birliyi qoruyub saxlamağa imkan verir. Dərin məhəbbət olmasa uzunmüddətli münasibət qurmayacaqlar.
Xərçəng və dolça
Xərçəng və Dolça tamamilə fərqli dəyərlərə malikdir. Buna görə də bir-biri ilə barışmaqda çətinlik çəkirlər. Xərçənglər ailə ənənələrini sevirlər. Onlar üçün ləzzətli yeməklər yeməkdən, sevdikləri ilə vaxt keçirməkdən müqəddəs bir şey yoxdur.
Bununla belə, dolça son dərəcə aktivdir. Daim fəaliyyət axtarışındadırlar. Bu, xərçəng bürclərinin həyat tərzinə müdaxilə etməsinə səbəb olur. Ancaq xərçəng heç vaxt həyat tərzinə müdaxilə olunmasını sevmir.
Tərəzi və balıqlar
Tərəzi və balıqlar heç cürə ortaq bir dil tapa bilmirlər. Sanki başqa planetdən gəliblər. Tərəzilər məntiqə və sağlam düşüncəyə önəm verir, balıqlar isə adətən öz hisslərini dinləyir. Məntiq və emosiya bir-birinə ziddir. Beləliklə, münaqişələr qaçılmaz olur.
Qız və dolça
Qız və dolçalar ünsiyyət üçün heç bir əsas tapmırlar. Dolça dünyaya başqa cür baxır. Onlar eyni anda müxtəlif işlərlə məşğul ola bilir. Qız bürcü isə hər bir ayrıntıya diqqət edir. Bu iki bürcün yeganə xilasedici lütfü onların intellektual marağıdır. (baku.ws)