Münasibətlərdə sədaqət çox vacibdir. Heç kim partnyoru tərəfindən aldanıb məyus olmaq istəməz. Astrologiyada həmişə sevdiyi insana bağlı olan və xəyanət etməyən bürclər var.
Qlobal.net həmin bürcləri təqdim edir:
Buğa kişiləri münasibətlərdə sədaqətə yüksək dəyər verirlər. Əgər partnyoru onların etibarına xəyanət edəcək bir şey edibsə, dərhal onu tərk edəcəklər. Onlar sevdiyi qadını necə sakitləşdirmək lazım olduğunu da çox yaxşı bilirlər.
Xərçəng kişiləri ailə anlayışına dəyər verirlər. Onlar xoşbəxt ailə sahibi olmaq arzusu ilə tərəfdaşlarını əzizləyirlər. Xərçəng kişiləri həyatlarında həmişə dürüst və insana sadiqdirlər.
Oğlaq kişiləri münasibətlərdə aydındır və sərhədlərini yaxşı müəyyən edirlər. Onlar tərəfdaşları ilə olduqca səmimidirlər və qarşı tərəfdən də eyni şeyi gözləyirlər. Oğlaqlar özlərinin və tərəfdaşlarının münasibətdən istədiklərinə çox diqqət yetirirlər. (medianevs)