65ec839b8f14b202403244323
Ən ehtiraslı bürclər: Bu siyahıda olmayanlar...

Bəzi bürclər var ki, bu həyata əsl sevgi üçün yaradılıb. Məhəbbət və cinsəllikdə bürclərin buna təsiri heç vaxt gözardı edilməməlidir. Seçilmiş bürclər var ki, onlar üçün seksuallıq hər şeydən önəmlidir, digər bürclər üçünsə bu, ikinci dərəcəlidir.

Qlobal.net Lent.az-a istinadla sevgi üçün yaradılan və ən ehtiraslı hesab edilən bürcləri təqdim edir:

1. Eşq atəşində yanmağa hazır ƏQRƏB

Həssas, sədaqətli və qoruyucu Əqrəb bürcü sevgilisini tam olaraq sevir. Onu tərk etmək istəmir. Sözün əsl mənasında sevginin hər formasını yaşamaq istəyirlər. Onlar son dərəcə ehtiraslıdır və yataqda yeni şeylər sınamağa açıqdırlar. Cinsi əlaqədə problem yaşamaq əqrəbləri hətta depressiyaya sala bilər.

2. Müxtəlif təcrübələri sevən ŞİR

Şir bürcü hər şeyi fərqli sevir. Söhbət seksə və sevgiyə gəldikdə də bu xarakter dəyişmir. Onlar müxtəlif, maraqlı və qeyri-adi məkanlarda sevişməyi sevirlər. İstəklərində açıqdırlar və bunu tərəfdaşlarından da gözləyirlər.

3. Planlama sevməyən DOLÇA

Dolça bürclərinin nə qədər azad ruhlu olduğunu hamımız bilirik. Bu sevgi və seksuallıqda da belədir. Planlaşdırılmamış seks, yeni təcrübələr və kortəbiilik məhz dolça bürcünə xitab edir. Onlar partnyoru ilə həm sosial, həm də emosional olaraq bir yerdə olmaq istəyir. Kiminsə arxasınca düşmək əvəzinə onun gəlməsini gözləyirlər.

4. Balansı qoruyan TƏRƏZİ

Tərəzilər yataqda da bərabərlik axtarırlar. Onlar özləri qədər partnyorlarının da razı qalmasını istəyirlər. Romantika, atmosfer sakit və nəzakətli tərəzilər üçün vacibdir. Unutmayın ki, Tərəzi bürcünə nə verirsinizsə, onu da alacaqsınız.

5. Əylənməyi sevən OXATAN

Ən ehtiraslı bürclərdən biri olan oxatan bütün varlığı ilə sevgi atəşini hiss etmək istəyir. Yataqda müxtəlif təcrübələrə açıqdır. Onlar üçün münasibətdə birinci şərt birlikdə əylənə bilməkdir. Bəzən partnyorlarının fikirlərini görməməzliyə vura bilərlər. Oxatanlar fərqli xasiyyətli insanları daha cəlbedici hesab edirlər.

6. Hər şeydən tez sıxılan QOÇ

Qoç bürcünün enerjili təbiəti onu cinsi münasibətdə razı salmağı çətinləşdirə bilər. Onlar daima birinci olmağı, şan-şöhrəti sevirlər. Qoçlar dürüstdür və düşündüklərini dərhal söyləyirlər. Buna görə də qoçun tərəfdaşının tənqidə açıq olması çox vacibdir. Hər şeydən tez sıxılmaq onların münasibətlərinin qısa müddətli olmasına səbəb ola bilər.

7. Emosional bağlılığa üstünlük verən BUĞA

Seksdə emosional bağlılığa üstünlük verən buğa üçün bir gecəlik görüşlər qorxuludur. Buğa bürcü uzunmüddətli və ciddi münasibətlərə üstünlük verir. Bununla belə, münasibətlərdə detallara çox diqqət yetirirlər. Ən kiçik bir şeyə görə də partnyorlarından üz döndərə bilərlər.

09.03.2024 19:42
show 2598