64b69f55b8e6c202307231901
Ən dözülməz bürclər - Onlarla başa çıxmaq çətindir
Bəzi insanlar düşüncəsiz və kobud rəftarları ilə insanları təngə gətirir. Onlar üslublarına fikir vermir, qarşısındakını incitməkdən çəkinmirlər.
Astrologiyada da bu cür xarakterə malik bürclər var.
Qlobal.net bakupost-a istinadla həmin bürcləri təqdim edir.
QOÇ – Dünyanın ən ideal insanı olduqlarına inanırlar. Heç təvazökar deyillər. Hər zaman mübahisə edə bilərlər, səs tonları hər zaman yüksəkdir. Aqressiv davranışları ilə seçilirlər. Nəyinsə doğru olduğunu bilsələr də, heç vaxt eqolarına görə ortaq çıxıəş yolu tapmırlar.
ƏQRƏB – Hisslərini gizlətməyi çox sevir. Bunu çox sevdiyi insanlara belə edirlər. Qəddar və soyuq göründükləri veclərinə deyil. Ürəkləri necə istəösə, elə davranmağa davam edirlər.
BALIQLAR – Sadəcə öz hiss və düşüncələrinə önəm verirlər. Qarşısındakı şəxsi anlamaq üçün çaba sərf etmirlər. Emosional görünsələr də, əsas məsələ öz hissləridir. Ona görə də, hər şeyi dramatikləşdirirlər. Öncəlik özləridir.
QIZ – Hər şeyi planlaşdırmağı sevirlər. Həyatın axışına heç vaxt güvənmirlər. Dedikləri sözü belə bir neçə gün öncədən düşünüb deyirlər. Ona görə də, bəzi insanlar onları səmimi hesab etmir.
XƏRÇƏNG – Emosionallıqları ilə tanınırlar. Hadisələri şişirtməyi çox sevirlər. Özləri heç vaxt başqasının nazını çəkməz, lakin bunun əksini istəyirlər. Heç nəyi bəyənməyən Xərçənglərə yaranmaq olduqca çətindir. 
20.07.2023 08:47
show 2008