Ən çox sevilən bürclər - Hər kəs onlara heyrandır
Hər insanın yaxşı xüsusiyyətləri olur. Lakin bəzi insanlar hər kəs tərəfindən sevilir və diqqət mərkəzində olur. Onlar sevilmək, kiminsə xoşuna gəlmək üçün xüsusi əmək sərf etmirlər. Onların auraları hər zaman diqqət çəkmələrinə səbəb olur.
Astrologiyada da bu cür auraya sahib bürclər var.
Qlobal.net ən şox sevilən 5 bürcü təqdim edir:
ŞİR -
Şirlər özlərinə çox güvənən və ekstrovert olmaları ilə tanınırlar. Çox
xarizmatikdirlər. Bu xüsusiyyətləri onları çox cəlbedici edir. Diqqət
mərkəzində olmağı sevdikləri qədər, sevdiklərinə zaman ayırmağı da
sevirlər. Bu bürc çox səxavətlidir və başqalarının özlərini yaxşı hiss
etmələrini, sevildiklərini hiss etdirmək üçün əllərindən gələni edirlər.
BUĞA -
Çox sadiqdirlər. Ən etibarlı bürcdür. Xüsusən də, sevgi
münasibətlərində təhlükəsizliyi yüksək qiymətləndirilər. Həm də çox
həssas sevgililərdir. Partnyorlarının istək və ehtiyaclarına diqqət
edirlər. Bu xüsusiyyət onları çox arzuolunan və sevilən edir.
XƏRÇƏNG-
Çox həssas olmaqları xaric, ən sevilən bürcdürlər. Səmimiyyətə və dərin
bağlılığa dəyər verirlər. Partnyorlarının ehtiyaclarına diqqət edirlər.
Romantik davranışları və qayğıları onları ən sevilən bürclərdən edir.
TƏRƏZİ –
Bu zərif bürc uyğunluğa dəyər verir. Əks halda, münasibətlərində
tarazlıq axtarırlar. Mübahisələri həll etməkdə ustadırlar, ünsiyyət
bacarıqları da əladır. Çox romantik ola bilərlər. Bir çox insanı cəlb
edən jestlərlə özlərini çox istədirlər.
BALIQLAR –
Empatiya hissi olduqca qüvvətlidir. İnsanlarla fərqli şəkildə ünsiyyət
qura, onları anlaya bilirlər. Sevdiklərinə özəl hiss etdirmək üçün
jestlər və sürprizlər edirlər. Bu xüsusiyyətləri də insanların onları
sevməsinə gətirib çıxarır.