Avto

Ən bahalı “McLaren F1” avtomobili satıldı

“RM Sotheby’s” hərrac evi qeyri-adi “McLaren F1” superkarının satışını başa çatdırıb.

Zəngin tarixə malik, cəmi səkkiz ədəd istehsal olunmuş kupe 25 317 500 dollara satılıb. Bu məbləğ superkar üçün yeni rekord olub.

Avtomobil 1994-cü ildə istehsal olunub. Onun ilk sahibi Bruney kral ailəsi olub. 1997-ci ildə “Formula-1” əfsanəsi Mixael Şumaxer avtomobilin qapısında öz imzasını qoyub. Eyni zamanda, avtomobil yeddiqat “Formula-1” çempionu Lyuis Hemilton tərəfindən də imzalanıb.

Bu “McLaren F1” cəmi 22 000 kilometrdən bir qədər çox məsafə qət edib/oxu.az

Related Articles

Leave a Reply

Back to top button