Ən az benzin işlədən ekonom avtomobillər - 2025

Ən az benzin işlədən ekonom avtomobillər - 2025

Avtomobil alarkən nəzərə alınmalı bir çox xüsusiyyət mövcuddur.

Qlobal.net bildirir ki, bu xüsusiyyətlər arasında ən önəmlisi yanacaq sərfiyyatıdır. Yanacaq sərfiyyatı yüksək olan avtomobillər sahiblərinə maliyyə baxımından çətinlik yarada bilər. Bu isə uzun müddətdə müxtəlif problemlərə səbəb ola bilər.

Avtomobil alarkən yanacaq baxımından qənaətcil modellərə üstünlük verərək əlavə maliyyə xərclərinin qarşısını almaq mümkündür. Buna görə də, ən az yanacaq sərf edən avtomobillər geniş maraq doğurur.


Ən az benzinlə işləyən avtomobillərin siyahısı

 

Peugeot 208 – 4,1 litr

Peugeot 208 şəhər içində orta hesabla 4,3 litr, şəhər kənarında isə 3,4 litr yanacaq sərfiyyatı ilə ən iqtisadi avtomobillərdən biridir. Karma yanacaq sərfiyyatı 4,1 litr olan bu model 41 litrlik yanacaq çəni ilə rahat sürüş təcrübəsi təklif edir.


Citroen C3 – 4,2 litr

Citroen C3 orta hesabla 4,2 litr yanacaq sərf edərək sürücülər üçün əlverişli seçimlərdən biridir. 


Opel Corsa – 4,3 litr

Opel Corsa, 44 litrlik yanacaq tutumuna malikdir. Şəhər içində (100 km) 5,1 litr, şəhər kənarında isə 3,9 litr, orta hesabla isə 4,3 litr yanacaq sərf edir.


Nissan Micra – 4,6 litr

Nissan Micra orta hesabla 4,6 litr yanacaq sərfiyyatı ilə əhəmiyyətli seçimlərdən biridir.

Kia Stonic – 4,8 litr

Kia Stonic uzun illərdir populyar olan bir modeldir. 100 kilometrdə orta hesabla 4,8 litr yanacaq sərf edərək qənaətcil avtomobillər sırasındadır.


Dacia Sandero – 4,9 litr

Dacia Sandero həm estetik dizaynı, həm də 4,9 litr yanacaq sərfiyyatı ilə ən çox seçilən modellərdən biridir.


Hyundai i10 – 4,9 litr

Şık dizaynı ilə önə çıxan Hyundai i10 100 kilometrdə 4,9 litr yanacaq sərf edir və ən çox üstünlük verilən modellərdən biridir.

Kia Picanto – 4,9 litr

Kia Picanto hatchback korpusa və geniş iç məkanına malikdir. 100 kilometrdə 4,9 litr yanacaq sərfiyyatı ilə qənaətcil avtomobillər arasındadır.

Mitsubishi Space Star – 4,9 litr

Mitsubishi Space Star həm çevik, həm də qənaətcil bir modeldir. Orta hesabla 4,9 litr yanacaq sərfiyyatı ilə seçilir.

Renault Clio – 5 litr

Renault Clio öz bənzərsiz dizaynı və təhlükəsiz sürüş vədləri ilə tanınır. Orta hesabla 4,6 litr yanacaq sərfiyyatı ilə qənaətcil avtomobillər sırasındadır.


Murad
Qlobal.net
27.01.2025 10:35
show 397