Şou-biznes

Əminə Şirinə bahalı hədiyyə göndərdilər: Heç olmazsa, 200 minlik gətir, qəbul edək

ATV-də yayımlanan verilişlərin birində maraqlı anlar yaşanıb.

Qlobal.net xəbər verir ki, müğənni Əminə Şirin canlı efirdə gözləmədiyi sürprizlə qarşılaşıb.

Veriliş zamanı aparıcılar studiyaya daxil olan xüsusi qutunu təqdim ediblər. Məlum olub ki, içərisində 50.000 manat dəyərində brilyant dəst var. Sürprizin kim tərəfindən göndərildiyi isə müəmmalı qalıb.

Əminənin isə bu jestə raksiyası maraq doğurub. Sosial şəbəkələrdə hadisə artıq geniş müzakirələrə səbəb olub. Bir çox izləyici hədiyyəni “reklam məqsədli şou” adlandırsa da, digərləri Əminənin sirli pərəstişkarı olduğunu düşünür.

Bəzi şərhlərdə “50 min manatlıq dəsti kim göndərər?”, “Bu, realdır, yoxsa verilişin reytinq gedişidir?” kimi suallar səsləndirilib.

Verilişin həmin kadrları sosial mediada minlərlə baxış toplayıb. (milli.az)

Related Articles

Leave a Reply

Back to top button