Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkiyə-Azərbaycan
qardaşlığının simvoluna çevrilmiş Sərvər Bəşirlini, onun yaxın
qohumları İmamverdi Bəşirlini və daha bir yaxın qohumunu prezident
sarayına iftar yeməyinə dəvət edib.
Qlobal.net Musavat.com-a istinadən xəbər verir ki, dəvət məktubunda qeyd edilib:
"Əminə Ərdoğan Prezident Sarayında 18 aprel 2023-cü il tarixdə,
çərşənbə axşamı saat 19:36-da verəcəkləri iftar yeməyinə qatılmağınızı
rica edir".
İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.
Qeyd edək ki, Sərvər Bəşirli Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ zamanı qırmızı rəng köhnə maşını ilə yorğan-döşək daşıyaraq Türkiyəyə yardım kampaniyasına qoşulmuşdu. Onun yardım zamanı çəkilən fotosu gündəm olmuşdu.