Xalq artisti Emin Ağalarov Moskvadakı lüks evini nümayiş etdirib.
Bununla bağlı 45 yaşlı sənətçi instaqram səhifəsində video yayımlayıb.
Görüntülərdə Ağalarovun dəbdəbəli mənzili ilə bağlı məlumat verməsi əks olunub.
“Baxın, bu da tək canavarın evi… İndi mən həyat yoldaşım Alyona ilə başqa bir evdə yaşayıram. Mən isə bu evi nə zamansa bütün övladlarımla birgə yaşayacağım ümidi ilə tikmişəm. Amma övladlarım indi başqa ölkə və şəhərlərdə yaşayırlar. Qonaq otağı belə olmalı idi. 800 min nəfərlik. Bu isə uşaq otağıdır. Əkiz oğullarım Mika və Əlinin 2-3 yaşı olanda onlar burada gəzirdilər. Bu otaqda uşaqların zədə almaması üçün xüsusi növ döşəməlik (kovralin) var idi. Sonradan burada qızlarım Əminə və Afina oynayırdılar. Bura bizi birləşdirən bir otaq idi. Burada gözəl və əyləncəli zaman keçirirdik”, - deyə Emin paylaşdığı videoda bildirib. (Olay)