Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha iki rayon şöbəsində əməliyyat keçirilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Cəlilabad və Laçın rayon şöbələrində əməliyyat tədbiri keçirib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən fakt təsdiq edilib. Bildirilib ki, ətraflı məlumat veriləcək.
***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.
Qlobal.net xəbər verir ki, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.
"Ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.