Cəmiyyət

Əməkdar artistlər qalmaqallı aparıcıya ETİRAZ ETDİ: Niyə rədd etmirsiz efirdən?

Əməkdar artistlər Elnur Zeynalov və İlkin Əhmədov məcburi köçkünlərlə bağlı qalmaqallı fikirlər səsləndirən aparıcı Səidə Bəkirqızını tənqid edib.

E. Zeynalov onun çıxışından video paylaşaraq bunları yazıb:

Bəzi muğam ifaçıları aparatla səs çıxardırlar" Elnur Zeynalov onları ifşa etdi - VİDEO

“Bu xanımı tanıyan var? Nə istəyir ağdamlılardan? Niyə yanıqlıdı bir belə? Fikrimcə, bu cür bölgə söhbətləri edən efir adamları dərhal uzaqlaşdırlmalıdı. 7 min şəhid vermiş ruhlar şəhərindən nə istəyirsiz axı, nədi dərdiniz? Space TV-nin rəhbərliyi hara baxır? Niyə rədd etmirsiz efirdən? Atalar misalı, balıq başdan iylənər. Əziz ağdamlılar, bir olaq, bu şəxs dərhal uzaqlaşdırımalıdı efirdən”.

Sənətçinin postuna İ. Əhmədov şərh yazaraq dəstək çıxıb:

Rövşanəyə ehtiyacım yoxdur, o qədər səviyyəli verilişlər var ki..." - İlkin Əhmədov

“Ümumilikdə, qaçqın və məcburi köçkünlərlə böyük bir dərdi var bunun. Neçə gündür baxıram və görünən budur ki, adam ancaq qardaşlar arasında ara vurmağa və vətəndaş qarşıdurmasına səbəb olmağa çalışır. Və müəyyən qədər nail olub da! Mütləq ölçü götürülməlidir, ümumiyyətlə bu fikirdə olan və harada işlədiyi bizə məlum olmayanlar barədə! Kim kimin evinə girib, çıxmır, nə bilim nə qanun pozur — bu haqda çox şükür ki, məsuliyyətli və aidiyyəti orqanlarımız var. Və qanuni addım atırlar necə lazımdır. Hüquqi və qanunları olan dövlətdə yaşayırıq. Hansısa bir “jurnalistə”mi qalıb qanun tətbiq etmək və ya ədalət qurmaq?! Və ya 1, 3, 5 nəfər arsız-abırsıza görə Qarabağ kimi böyük bir mahalın insanlarını aşağılamaq, 5-10 nəfər şərəfsizə söydürmək?! Nə istəyirlər biz köçkünlərdən o bəzi ağzıgöyçəklər? Mən və biz bilmək istəyirik şəxsən! Biz qaçqın və məcburi köçkünlər başqa ölkədənmi qaçıb gəlmişik? Niyə bitmir bu murdar ayrı-seçkilik və qarşıdurma?!”.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от MƏCNUN,KƏRƏM,AŞIQ QƏRİB (@elnur_zeynalov_official)

Related Articles

Bir cavab yazın

Back to top button