Cəmiyyət

Əməkdar artistin oğlunu qatar vurub öldürüb – 30 ildən sonra…

 

Əməkdar artist Ağalar Bayramov ailəsi ilə bağlı tükürpədici açıqlaması ilə hər kəsi qəhərləndirib.

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, o, Şəhriyar adlı oğlunu 9 yaşı olarkən faciəvi şəkildə itirdiyini deyib.

Əməkdar artist qeyd edib ki, oğlunu həmin vaxt elektrik qatarı vurub, bu onun həyatının ən ağrılı-acılı tarixlərindən biri olub. 

2-ci sinifdə oxuyan övladını ölümündən sonra həyat yoldaşının doğulduğu Qubadlıda dəfn etdiyini bildirən Ağalar Bayramov 30 illik işğal dövründə çox çətin günlər keçirdiyini sözlərinə əlavə edib.

Lakin, Əməkdar artist 4 il öncə 44 günlük Vətən müharibəsi zamanı Qubadlının işğaldan azad edilməsindən sonra gedib, övladının məzarını tapdığını, onu gözyaşları içində ziyarət etdiyini bildirib.

image

Related Articles

Bir cavab yazın

Back to top button