Xəbər verdiyimiz kimi, Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayevin oğlu Cümşüd efirə çıxaraq bacısı Aygün Abdullayevanın atasından qalan mülkləri ələ keçirdiyi açıqlayıb.
Qlobal.net bizim.media-ya istinadən bildriir ki, Cümşüd yenidən "Bizimləsən" ictimai-sosial verilişə gələrək bildirib ki, o, 2019-cu ildə həbsdə olarkən bacısı onu aldadaraq əsas etibarnaməyə imza atdırıb.
"Bir telefon nömrəm var. Həbsə düşəndə bu nömrəmə pul
keçirtmədiklərinə görə, nömrə bağlandı. Bacıma dedim ki, bir nömrəm var
və hamı o nömrəmi bilir. O söylədi ki, etibarnamə ver ki, bu nömrəni
yenidən sənə geri qaytaraq. Mənə isə əsas etibarnamə təqdim etdilər.
Hansı ki, imza atdıqdan sonra bütün varidat başqa birinin adına keçir.
Yəni bir nömrəni addan ada keçirib açmaq üçün verdiyim əsas etibarnamə
ilə bütün varidatın həll olunmasına özüm qol çəkdim. Bu əsas
etibarnaməni mən cəzaçəkmə müəssisəsində 2019-cu ildə verdim. Mənə dedi
ki, bu etibarnaməni telefon nömrənə görə alırıq. Mən də bilmədim, heç
oxumadım o etibarnamədə nə yazılıb.
Bir-bir imza atdım o sənədlərə. Bütün varidat - evlər, torpaqlar,
mülklər... Bilmirəm həmin əsas etibarnamə neçə illik idi. Deyəsən bir
illik idi. Bacımın adına verdim o əsas etibarnaməni ki, getsin telefon
nömrəmi açsın", - deyə Cümşüd vurğulayıb.
Qeyd edək ki, Cümşüd daha əvvəlki açıqlamasında bildirib ki, atasından
qalan mülkləri bacısı Aygün Abdullayeva ələ keçirib. Bundan sonra o,
küçələrdə qalır.