Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı, Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğlu Zaurla münasibətindən bəhs edib.
Qlobal.net xəbər verir ki, aktrisa “Bir gün” verilişində Zaurun artıq həbsxanadan azadlığa çıxdığını və aralarındakı münasibətlərin indi yaxşı olduğunu bildirib.
Veriliş zamanı kamera qarşısında Zaurla telefon əlaqəsi quran Xanlarova bunları deyib: “Deyirəm düşmən deyilik, inanmırlar. Dedilər azadlığa çıxıb. Baxıram, mənə mesaj da yazmısan”.
Zaur isə keçmiş həyat yoldaşına səmimi cavab verib: “Nə olsun ayrılmışıq, dostuq. Hər zaman qulluğundayam. İndi də deyirəm: Mehriban kimi kişi balası görməmişəm. O, başqa insandır. Mehriban mənim birinci və sonuncu sevgimdir. Amma birləşmək olmaz, bu münasibət artıq bitib”.