photo_50024111
Əməkdar artist VƏFAT ETDİ

Əməkdar artist Novruz Qartal vəfat edib.


Qlobal.net xəbər verir ki, barədə Lent.az-a mərhum aktyorun yaxınları məlumat verib. 


Tanınmış aktyor bu gün dünyasını dəyişib.


Xatırladaq ki, əməkdar artist bir müddətdir ki, xərçəng xəstəliyindən müalicə olunurdu.


Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

O, "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları ifa edib.


Novruz Qartal Azərbaycanın əməkdar artisti fəxri adına və Prezident Mükafatına layiq görülüb.


Allah rəhmət eləsin!

08.01.2022 21:33
169