Əməkdar artist vəfat etdi – FOTO

Əməkdar artist Namis Şirməmmədov vəfat edib. 

Qlobal.net xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. 

Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008- ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyor olub. Daha çox dramatik xarakterli rollar oynayıb. 2008-ci ildən isə teatrın quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist”i fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb. 

Namis Şirməmmədov A.Babayevin “Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırmışdır. Bundan başqa, o, Sumqayıt teatrında bir çox rolların ifaçısıdır.

  • 1712938134 af0ca0cf 5ddd 3177 acf7 dd694764bc52 850 Əməkdar artist vəfat etdi - FOTO

Related Articles

Bir cavab yazın

Back to top button