toy

Əməkdar artist toyda onunla oynamaq istəyən gənci döydü - FOTO

Əməkdar artist Firuzə İbadova toyda onunla oynamaq istəyən gənci döyüb.

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "7 canlı" proqramında danışıb. O bildirib ki, hadisə Şirvanda toyda olarkən yaşanıb:

"Bu hadisə illər əvvəl olub. Övladım yaşda oğlan idi. Sevmirəm məclisdə kişinin gəlib qadının qulağına nəsə deməsini. Gəldi qulağıma dedi ki, oynayaq. Baxdım cavab verdim ki, oğlum, get otur. Dedi yox, siz mənimlə oynayacaqsınız. Gördüm əl çəkmir, kobudcasına mikrofonu qoydum yerə. Yapışdım köynəyindən, dedim, mənimlə oynamaq istəyirsən? Qayıtdı hə... Dedim, gəl oynayaq, dartdım onu və şilləni vurdum. Yıxıldı yerə.

Özüm də məəttəl qaldım ki, bunu necə etdim? Elə bil bir aktrisa igidi vurdu yerə yıxdı. İşıqlar yandı, gördülər bir nəfər uzanıb yerə. Qayıtdı ki, oynamaq istəyirdim nə etdim?".

Əməkdar artist toyda adam döyüb: \"Yıxıldı yerə...\"

21.03.2022 19:07
show 677