"Toylarin birində həmin məşhur kişi həmkarımla aramda dava oldu. İş o yerə çatdı ki, onu döydüm və polisə ərizə yazıb, şikayət etdim. Polis gəldi. Dedim ki, onu mən döymüşəm və yaxşı eləmişəm. Sonra gəldi, məndən üzr istədi, mən də onu bağışladım. Biz barışdıq".
Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar
artist Sevinc Sarıyeva qonaq olduğu "7 canlı" axşam şousunda deyib.
Sənətçi qatıldığı verilişlərin birində bir xanım ifaçının digər xanım həmkarının qarşısında əyilməsinə etiraz edib: "Biz bir çox məclislərdə oluruq. Orada mənim həmkarlarımla olan
münasibəti tamaşaçı kənardan görüb hər cürə qiymət verə bilər. Kişi
həmkarımla olan dava da, kobud davranış mənə qarşı deyil, başqa bir
xanım ifaçıya qarşı olmuşdu. Qarabağlı qanım var. Ona görə buna dözə
bilmədim. Sözümü deməli idim və dedim. Əgər bir azərbaycanlı xanımını
kimsə təhqir edirsə, bunu götürə bilmərəm. Hətta bir müddət əvvəl
kanalların birində bir verilişdə idim.
Xanım ifaçı digər xanım həmkarının qarşısında baş əydi. Dedim ki, bu,
Azərbaycan xanımına yaraşan hərəkət deyil. Bunu qətiyyən etmək olmaz!"