Əməkdar artist Şuşadakı evini teatra bağışladı
Əməkdar artist Yadigar Muradov Şuşadakı evini Şuşa Dövlət Musiqili Dram Teatrına bağışlayıb.
Qlobal.net xəbər verir ki, aktyor bu haqda verilişlərin birində danışıb.
O bildirib ki, evi dağıdılmayıb, olduğu kimi durur.
Qeyd edək ki, Yadigar Muradov eyni zamanda Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur.