656ee3726c23b202312234642
Əməkdar artist soyunub qarda gəzdi - VİDEO

Rusiyanın Əməkdar artisti Natalya Korolyova ağılasığmaz hərəkəti ilə gündəmə səs salıb. 

Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, 50 yaşlı sənətçi buxar otağından yarıçılpaq halda soyuq, qarlı havaya çıxıb. 

Hamam xidmətçisinin köməyi ilə şaxtalı havada Korolyova yerdən götürdüyü qarı çılpaq bədəninə sürtüb. Natalya cəsarətli addımını lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Müğənni paylaşımına "Sevdiyim yerdə, şaxtalı bir səhər, hamamda! Çırpın! Qış tətili təlaşından əvvəl payızı yuyun! Yaşasın!" sözlərini yazıb. 

Korolyovanın izləyiciləri onun gözəlliyinə və gözəl formasına heyran olublar. Onlar şərh bölməsində "Nataşa oddur", "Rus hamamı qışda sizə lazım olan şeydir", "Nataşa, sən ən yaxşı və ən gözəlsən" kimi rəylər yazıblar. 

Diqqətçəkən məqam Natalyanın hamamda əri, fitnes məşqçi Sergey Qluşko (Tarzan ) olmadan vaxt keçirməsi olub. Görüntülərdə isə Natalyanın üzərinə qarı atan "Tarzan" deyil, onun çılpaq bədəninə cəsarətlə toxunan hamam xidmətçisidir.

Natalya Korolyovanın qalmaqallı və açıq-saçıq hamam sərgüzəştlərinin görüntülərini təqdim edirik: 


05.12.2023 12:46
show 718