Əməkdar artist Elnarə Abdullayeva növbəti açıqlaması ilə gündəmə səs salıb.
Qlobal.net oxu.az-a istinadən bildirir ki, sənətçi qonaq olduğu "Həmin
Zaur" verilişində həmkarlarının məclislərdə xoş olmayan davranışlarından
danışaraq onları tənqid edib.
"Gedirsən, oturursan bir məclisdə. Baxırsan ki, bu müğənnilər nələr
edir... Ağlıma gəlməyən şeyləri görürdüm. Dedim bunlar nə edirlər. Bu
müğənnilərin yiyəsi yoxdur? Onlar arasında içən kim, ağzının danışığını
bilməyən kim... Bunları görəndən sonra dedim yox Elnarə, sən bütün
millətə, xalqa, hər kəsə sübut edəcəksən ki, bu sənət yaxşıdır. Sübut
eləməyə çalışdım ki, heç kimə baş qoşmaq lazım deyil və bunu bacardım", -
deyə Elnarə vurğulayıb.