“Lalə” qızlar ansamblının solisti, Əməkdar artist Rəhilə Bəndəliyevanın xalası Mülayim xanım ailə qurmaq üçün efirə çıxıb.
Nəticədə müğənni ilə xalası arasında qalmaqal yaşanıb.
Qlobal.net lent.az-a istinadən xəbər verir ki, Mülayim xanım həyat yoldaşının dünyasını dəyişdiyini və yenidən ərə getmək istədiyini deyib: "Həyat yoldaşım son gününə qədər yanımda olub, ayrı yaşamamışıq. Tək qala bilmirəm. Oğlum öz həyat yoldaşı ilə kefdədir"
Verilişə zəng edən Rəhilə Bəndəliyeva xalasının ərinin vəfatından 1 il keçmədiyini bildirib.
"Xalamın yoldaşının əri yeni rəhmətə gedib. Heç ili çıxmayıb. Heç olmasa, ərinin ili çıxardı. Hamı onu qınayacaq. 16 nəvəsi var, birini götürüb yanında saxlasın"