Əməkdar artist bu şəhidimizin xanımı imiş – FOTO

Əməkdar artist Gülüstan Əliyeva ikinci dəfə ailə qurmaması haqda danışıb.
Qlobal.net xəbər verir ki, ifaçı bu haqda belə deyib:
“Axı, o təsadüfi bir ölümlə məndən ayrılmayıb. O vətəni qucaqlayaraq məndən ayrılıb. Buna görə bu addımı ata bilmədim. Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Dürzdür, amma yerinə qoya bilmədiyimiz insanlar var. Onun yerinə kimisə qoya bilmədim”
Xatırladaq ki, əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov də Qarabağ savaşında şəhid olub. BDU-nun hüquq fakültəsinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində cinayət axtarış şöbəsinin rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Rüfət adlı bir oğlu yadigar qalıb.




