elgiz

“Elzayla mübahisəsi düşdü, bizi gecə 3-də yolda qoyub getdi”

"İllər əvvəl bir müğənninin Elza Seyidcahanla maşında mübahisəsi düşdü. Mən də sakitcə avtomobildə oturmuşam. İmişlidə bizi yolda qoyub getdi. Elza ilə yolda qaldıq". 

Bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. 

O, başlarına gələn hadisəni belə nəql edib: "Hadisə heç nədən oldu. Elza xanımın günahı yox idi, biz söhbət edirdik.Tədbirdən gəlirdik, avtomobili xanım müğənni idarə edirdi. Elza xanım gecə saatları olduğu üçün danışırdı ki, sükan arxasındakı xanım yatmasın. Əslində yaxşılıq edirdi. Biz İmişli yolundan Bakıya getməkdənsə, Azərbaycan Ermənistan sərhədinə çıxmışıq. Bir də gördük ki, sərhədçilər üstümüzə qaçdı, şok olduq. Bizə dedilər ki, səhv gəlmisiniz. Bir qırğın etdi yolda, bizim ikimizi də avtomobildən düşürdü. Dedim, Elza xanım, sakit, bunun başı "çöndü". 

Həmin şəxs Ziyafət Yaqubova idi, hər ikimiz də onu bağışlamışıq. Ondan sonra dəfələrlə görüşmüşük. Sonra bizə yazığı gəldi, qayıtdı. Yox, yazığı gəlmədi, fikirləşdi ki, bunları canavar çölün düzündə parçalayar, sonra nə edərəm? Yolda bir traktor gəldi, sürücü işığı üzümüzə salıb, şok olub. Görür ki, Elgizlə Elza yolun ortasında dayanıb. Dedi ki, təkərim asfaltı korlayar, sizi apara bilmərəm". (Axşam.az)

20.10.2024 14:59
show 518