657604b60c344202312233430
Elzadan yeni şeir - "Qazlar"

Əməkdar artist Elza Seyidcahan yeni şeirini təqdim edib. 

Qlobal.net xəbər verir ki, şeir "Qazlar" adlanır.

Sosial şəbəkədə sürətlə yayılan və müzakirə yaradan həmin şeiri sizə təqdim edirik:

Kimlər kimlər oldu,

Kimlər oldu himlər.

Kimlər kasıblandı,

Kim oldu cimlər.

Kimlər kimsən oldu,

Çalındı simlər.

Kimlər oldu nə isə,

Yenə oynadı təzə.

Mənə deməyin nəsə,

Nəyə oynadı kimlər?

Niyə oynadı deyin,

Oynatdı kimlər..?

Kimlər havalandı,

Paslandı tinlər.

Kimlər tovlandı,

Ballandı kirlər.

İplər dartıldı,

Ovlandı cinlər.

Kimlər qaz çıxartdı,

Oturdu fillər.

Ördəkləri ağlatdı,

Qarışdı hinlər.

Ördək isə "qazlara.."

Kaş biz elə qalaydıq,

Ördək olmayaydıq.

Ördək olub qazda,

Boğulmayaydıq.

Kimi qazdan ayıldı,

Kim - kimə sarıldı.

Kimlər hallandı,

Oxları atıldı.

Kimlər daşlandı,

Coxları nadandı.

Kimlər adam oldu,

Kimlər bağlandı.

Kimi baxan oldu,

Kim oldu fitlər,

İşlər oldu izlər,

Başı-çalmalı gəldi biclər,

Fitlər oldu giclər.

Kim oldu dəlil,

Kimlər oldu zəlil,

Burda demiş, Zeynal Xəlil !

"Hər dövranda bir gərdiş var,

Min rəng çalır, bu ruzigar.

Kimlər gəldi, kimlər getdi,

Bu dünyadan, bu dünyadan".

10.12.2023 22:32
show 1717